Masallı rayonunun Xırmandalı kəndindən olan şəhid və Vətən müharibəsi qazilərinin ailərinə baş çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 aprel tarixində verir.
Ziyarət mərasimində rayon İH başçısının Xırmandalı kənd İƏD-si üzrə nümayəndəliyi, rayon Mədəniyyət Mərkəzi və rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları iştirak ediblər. Onlar şəhid Yusifli Şəmistan Şükran oğlunun, Vətən müharibəsi qaziləri Həsənov Pərvin Telman oğlu və Salmanov Tərlan Mübariz oğlunun ailələri ilə göruşüblər.