Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Masallı rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı nöqsanlar aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 avqust tarixində verir.
Belə ki, Boradigah qəsəbəsində Qəniyev Məsləhət İsmayıl oğlu və İbrahimov Rabil İmran oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar tapılıb və barələrində inzibati protokol tərtib edilib.