Masallı rayonunda yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 avqust tarixində verir.
Yanğın Yeyənkənd kəndi ərazisində baş verib. Meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyən edilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının genişlənməsinə imkan verməyib və onu qısa müddətdə söndürüblər.
Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos və xəzəl yanıb, meşə massivi yanğından mühafizə olunub.