Masallıda şagirdlər üçün "Sağlam, sosial və təhlükəsiz mühitin formalaşması" adlı seminarlar həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 aprel tarixində verir.
Sessiyalarda şəhər 1 nömrəli və Göyəçöl kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər. Onlara təlimçi Orxan Əliyev tərəfindən "Bullinq", "Zorakılığın növləri", "Kiberbullinqlə mübarizə", "Məktəbdə sağlam mühitin formalaşmasında şagirdin rolu" kimi mövzulardan danışılıb, suallar cavablandırılıb.
Təlimlər rayon İcra Hakimiyyəti, GİKM-in Lənkəran–Astara Regional nümayəndəliyinin Masallı bölməsi və Heydər Əliyev Mərkəzi tərəfindən təşkil edilib.