top
Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılış mərasimi keçirilib
24 aprel 2024, 02:11
- ↺ +

Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılış mərasimi keçirilib

Q.İsmayılov adına Masallı rayonu Şərəfə kənd tam orta məktəbində “Məktəbəqədər təhsil” layihəsinin açılışı həyata keçirilib. Bu haqda bu gün, 24 aprel tarixində Cenublu.az xəbər verir.

Tədbirdə layihənin rəhbəri Rafət Şirəliyev qeyd edib ki, “Məktəbəqədər təhsil” layihəsi 6 aylıq proqram fəaliyyəti ilə Şərəfə kəndində yaşayan 3-5 yaşlı 20 nəfər azyaşlı uşağı əhatə edəcək.

Daha sonra RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayev, Lənkəran–Astara Regional Təhsil İdarəsinin Masallı rayon sektorunun aparıcı məsləhətçisi Azər Eyvazov, RİHB-nin Şərəfə kənd İƏD üzrə nümayəndəsi Rəşad Dadaşov, Şərəfə kənd tam orta məktəbinin direktoru Gülcan Kərimova və digər qonaqlar çıxış edərək layihə ilə bağlı ətraflı məlumatlar veriblər.

Tədbir çərçivəsində azyaşlı uşaqlar üçün formalaşdırılan otaqla tanışlıq həyata keçirilib, məktəbəqədər təlim prosesi yaxından izlənilib.

Layihənin məqsədi həm azyaşlı uşaqların, həm də məktəblərdə və kəndlərdə təhsil səviyyəsinin yüksəlməsidir.

“Məktəbəqədər təhsil” layihəsi Elm və Təhsil Nazirliyinin “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramının qalibidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Bu gün, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Bu gün, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Bu gün, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Bu gün, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Bu gün, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Bu gün, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Bu gün, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Bu gün, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
Dünən, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Dünən, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Dünən, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
26 sentyabr 2026, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

İqtisadiyyat
26 sentyabr 2026, 14:36

Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bütün xəbərlər
26 sentyabr 2026, 13:30

Sabah hava necə olacaq? - PROQNOZ

Oxşar xəbərlər