Masallı rayon Mərkəzi Kitabxanasında kitab sərgisi təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Sərgi kitabxananın yaranmasının 100 illiyi ilə əlaqədar keçirilib. Burada Heydər Əliyevin fəaliyyətindən bəhs edən kitablar, xarici, yerli, o cümlədən uşaq ədəbiyyatı nəşrləri və digər mövzularda kitablar təqdim olunub.
Tədbirdə oxucuların müxtəlif sorğuları cavablandırılıb. Oxuculardan bəziləri onları maraqlandıran kitablara abunə olublar.