Masallı rayonu Nizami Gəncəvi adına Xatirə Parkında kəndirdartma idman növü üzrə yarış baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində verir.
Novruz bayramı ilə əlaqədar turnirdə Masallı Dövlət Regional Kollecinin tələbələri və Masallı Uşaq-Gənclər İdman Məktəbinin idmançıları güclərini sınayıblar.
Yekunda 1-ci yeri tutan komandanın üzvləri diplomlarla təltif olunublar.
Tədbir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilib.