Masallıda itkin düşən məktəbli tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 mart tarixində Apa.az-a istinadən verir.
Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Həsənli kənd sakini, 16 yaşlı Sara Akif qızı Həsənli tapılaraq ailəsinə təhvil verilib.