Masallı şəhəri Heydər Əliyev Mərkəzində "İnsan hüquqları" adlı təlim baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 sentyabr tarixində verir.
4 sentyabr saat 14:30-da keçiriləcək təlimdə iştirakçılara "Beynəlxalq insan hüquqları çərçivəsi", "İnsan hüquqlarının müdafiəsi", "Ayrı-seçkilik və növləri", "Gənclərin iştirakı ilə insan hüquqları" mövzuları haqqında məlumatlar veriləcək.
Qeyd edək ki, layihə Avropa Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurası və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə baş tutacaq. Layihədə iştirak etmək üçün qeydiyyat linki.