Masallı şəhərində “Gender Matters: İnsan hüquqları təhsili vasitəsilə icma liderləri üçün bərabərliyin təşviqi” layihəsinin ilk mərhələsi başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Layihənin ilk mərhələsi olan 4 günlük təlim kursunda iştirakçılara gender və cins, gender əsaslı zorakılıq, nifrət nitqi, insan hüquqları və gender bərabərliyi haqqında məlumat verilib.
Proyektin ikinci mərhələsi mart-aprel ayları boyunca davam edəcək.
Layihə Avropa Şurasının Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilir.