Masallı rayonunda yerləşən fermaların birində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Hadisə rayonun Qızılavar kəndində qeydə alınıb. Ümumi sahəsi 530 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 410 m² sahədə və içərisinə yığılan 50 ton ot bağlamasının 30 tonu yanıb. Fermanın, ot bağlamalarının qalan hissəsi və kisələrə yığılan 50 ton buğda yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.