Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 avqust tarixində qurumun mətbuat xidmətinə istinadən verir.
9 avqust tarixində agentliyin əməkdaşları tərəfindən fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Masallı rayonunda bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar rayonun Ərkivan qəsəbəsində Amil Nəzərova məxsus heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.