Masallı rayonunda yerləşən birmərtəbəli evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində verir.
Hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 60 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.