top
Masallıda əmisioğlunu güllələdi, sonra bıçaqladı, həbs edilmədi 
17 mart 2025, 06:10
- ↺ +

Masallıda əmisioğlunu güllələdi, sonra bıçaqladı, həbs edilmədi 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallıda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məhkəmə qərarı elan olunub.

Modern.az xəbər verir ki, hadisə 2024-cü il mayın 20-də Masallı rayonunun Qasımlı kəndində baş verib.

30 yaşlı Aslan (tam adı açıqlanmır) uzun illər Rusiyada yaşadığı əmisi oğlu Semur Alışanovu xüsusi amansızlıqla öldürüb.

O, keçmiş həyat yoldaşı ilə Semurun münasibətdə olmasından şübhələnib. Həmin gün Aslan dostu Xanmuradın köməyi ilə qurbanını tələyə salıb. Xanmurad Semuru çay içmək adı ilə kafeyə aparır və Aslana xəbər verib. Aslan axşam saatlarında ov tüfəngini götürüb ora gəlib, içəri girib və heç bir söz demədən Semura atəş açıb. Güllə Semurun sinəsinə dəyib və o, yerə yıxılıb. Lakin Aslan bununla kifayətlənməyib – cibindən bıçağı çıxarıb yaralı vəziyyətdə olan Semura çoxsaylı zərbələr vurur.

O, cinayəti törətdikdən sonra maşına minərək hadisə yerindən uzaqlaşıb və birbaşa polisə gedərək təslim olub.

Aslan məhkəmədə bildirib ki, uzun müddət Semuru güdüb, onu öldürmək üçün plan qurub. Özünü peyğəmbər adlandıran Aslan 313 nəfərlə birlikdə Azərbaycana gələcəyini iddia edib, göylərdə yaşadığını və insan olmadığını deyib. O, nə baş verdiyini xatırlamadığını bildirib.

Şahid ifadələrinə görə, Aslan cinayəti tam ayıq vəziyyətdə törədib, hadisədən sonra isə normal şəkildə maşına minib gedib. 

Ekspert rəyi Aslanın anlaqsız vəziyyətdə olduğunu təsdiqləyib. Məhkəmə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına qərar verib və Aslan Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Zərərçəkmişin ailəsi isə Aslanın psixi xəstə olması ilə bağlı ekspertiza rəyinin qəsdən saxtalaşdırıldığını iddia edib.  Semurun ailəsi bu qərardan narazıdır və işin yenidən araşdırılmasını tələb edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Oxşar xəbərlər