Masallıda “Sağlamlıq körpüsü” layihəsi çərçivəsində 450-dən çox pasiyentə tibbi xidmət göstərilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 mart tarixində verir.
Masallı Rayon Mərkəzi Xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası və Masallı Bioloji Təbabət Klinikasında baş tutan müayinələrdə Almaniyada və Türkiyədə ixtisaslaşmış oftalmoloq, stomatoloq, pediatr, cərrah və psixiatrlar tərəfindən tibbi xidmətlər göstərilib.
Eyni zamanda həkim-mütəxəssislər Boradigah qəsəbəsindəki İ.Nağıyev adına 2 saylı tam orta məktəbdə valideynlər və yuxarı sinif şagirdləri ilə də görüşüb, onları maraqlandıran sualları cavablandırıblar.