Rusiya-Ukrayna müharibəsində itkin düşən əslən Masallıdan olan Samir İmamaliyev qohumları tərəfindən axtarılır.
Cenublu.az xəbər verir ki, S.İmamaliyev Rusiyanın Kursk vilayətində gedən döyüşdə itkin düşüb.
Samir İmamaliyev Masallı rayonunun Şatıroba kəndindəndir. Norilsk şəhərində yaşayan Samir 2023-cü ilin noyabr ayında Rusiya ordusuna çağırılıb. 2024-cü il sentyabrın 8-dən bəri ondan xəbər yoxdur.
Samir ailəlidir, iki övladı var.