Masallı rayon Mərkəzi Xəstəxanasına 11 nəfər kəskin respirator virus infeksiyası və günvurma diaqnozu ilə qəbul olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində Apa.az-a istinadən verir.
Biləsuvar və Cəlilabad rayon sakinləri olan ümumilikdə 11 nəfər kəskin respirator virus infeksiyası diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib.
Xəstəxanadan bildirilib ki, Masallı RMX- yə saat 10:50 radələrində kəskin respirator virus infeksiyası ilə 11 nəfər müraciət edib. Xəstələrin vəziyyəti stabildir.