Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Miyənkü kənd inzibati ərazi vahidinə daxil olan Dico və Ulum yaşayış massivlərini ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində verir.
Araz Əhmədov yaşayış məntəqələrində görülən işlərlə tanış olub. Keçmiş səfərləri zamanı verdiyi tapşırığa əsasən, avtomobillərin gediş-gəlişinə artıq şərat yaradılıb. Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən istifadəyə verilən yol meşəliklərin içərisindən keçir və uzunluğu 11 kilometrdir.
Sonda rayon rəhbəri yaşayış massivlərinin hər birində ailələrlə görüş keçirib, məişət və sosial problemlərin çətinlikləri ilə bir daha maraqlanıb.
Qeyd edək ki, bu, rayon rəhbərinin fəaliyyəti dövründə sözügedən yaşayış məntəqələrinə üçüncü səfəridir.