Masallı rayonunun bəzi ərazilərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.
Belə ki, 16 avqust 2023-cü il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Masallı XS ərazisində yerləşən Alvadı ölçü qovşağından qidalanan, diametri 100 mm-lik balans sayğacının quraşdırılması ilə əlaqədar rayonun Şıxlar kəndində 728 abonentin qaz təchizatı dayandırılacaq.