Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun avqust ayında keçirəcəyi səyyar qəbul-görüşlərin qrafiki açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində verir.
Belə ki, görüşlər:
- Viləş kənd mədəniyyət evində 2 avqust saat 10:00-da;
- Xallıcalı kənd ümumi orta məktəbinin həyətində 9 avqust saat 10:00-da;
- Öncəqala kənd tam orta məktəbinin həyətində 16 avqust saat 10:00-da;
- Mahmudavar kənd ümumi orta nməktəbinin akt zalında 23 avqust saat 10:00-da baş tutacaq.