Masallıda gənclərin karyera qura bilmələri üçün düzgün işaxtarma mövzusunda təlim təşkil olunub. Bu haqda bu gün, 17 avqust tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Maarifləndirici tədbir Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunub. “Gənclər üçün işaxtarma və işə müraciət qaydaları” adlı təlim peşəkar təlimçi Rafət Şirəliyev tərəfindən keçirilib.
Daha sonra gənclər mərkəzdə ekskursiyada olublar. İştirakçılara Heydər Əliyevin həyatı və mərkəz haqda məlumatlar verilib. Sonda təlimçi gənclərin suallarını cavablandırıb.