Masallı Bioloji Təbabət klinikası genişmiqyaslı konfrans təşkil edib. Bu haqda bu gün, 11 iyul tarixində Cenublu.az klinikanın rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Cari ildə sayca 2-ci olan "Səhiyyədə Müasir Yanaşmalar - SMY2022" Regional Elmi-praktik Multidisiplinar konfransına hazırlıq 2 ay öncədən başlanılıb. Görüşə 12 rayondan 150 həkim dəvət olunub.
Ümumilikdə 3 panel ("İnteqrativ tibb", "Cərrahiyyədə müasir yanaşmalar", "Terapiyada müasir yanaşmalar") və 11 spikerlə (bunlardan 1-i professor, 1-i tibb elmləri doktoru, 3-ü tibb üzrə fəlsəfə doktoru, 4-ü uzman olmaqla) konfrans multidisiplinar qaydada fəaliyyət göstərib.
"Səhiyyədə Müasir Yanaşmalar - SMY2022" layihəsinin cənub regionunun elmi-praktik tibbi konfranslar ənənəsinə töhfə verməklə yanaşı, həkimlərin yeni yanaşmalardan, öz fəaliyyətlərində tətbiq edəcəkləri elmi-praktik yeniliklərdən xəbərdar olmaları, yeni həmkar dostluqları qazanmaları baxımından faydalı olması gözlənilir.