Qızılağac Milli Parkında ov etmək istəyən şəxs saxlanılıb. Bu haqda məlumat bu gün, 18 yanvar tarixində Report.az-a paylaşılıb.
Sözügedən hadisə parkın "Kiçik Körfəz" adlanan ərazisində baş verib. Araşdırma zamanı brakonyerin Masallı rayon sakini Tarqulu Mirzəyev olduğu müəyyənləşib. Ondan ov alətləri müsadirə edilib.
Qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər görülüb.