Masallıda oğurluq edən şəxsin daha bir cinayəti üzə çıxıb. Bu haqda Cenublu.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Oğurluq etdiyinə görə tutulan C.Qasımovun ətrafında Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində onun qızıl-zinət əşyalarını oğurlaması məlum olub. O, rayon ərazisində yerləşən evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.