Lənkəran rayonunun Liman şəhərində evlərin birində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində verir.
Belə ki, ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin tavanı və dam örtüyünün taxta atmaları 45 kv.m sahədə, 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə və içərisində qismən ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.