Lerikdə 21 yaşlı gənci ildırım vuraraq öldürüb.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Laman kəndində qeydə alınıb.
Belə ki, Mirzəzadə Cəfər Əbdül oğlu yaşadığı evin həyətində olarkən onu ildırım vurub. Gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.