Lerik rayonunun Monidigah kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 126 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Alov söndürülüb.