Xəzərin Lənkəran rayonuna düşən hissəsində batmaqda olan 3 nəfərdən ikisi xilas edilib, bir nəfərin isə meyiti tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 avqust tarixində Report-a istinadən verir.
Ötən gün Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarətsiz çimərlikdə batmaq üzrə olan Lerik rayonunun Ambu kənd sakinləri – 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Rufullayev FHN-in əməkdaşları tərəfindən xilas ediliblər.
Lerik rayonunun Bırkandul kənd sakini İsa Əliyevin isə meyiti tapılıb.
Meyitə baxış keçiriləndən sonra aidiyyəti üzrə təhvil veriləcək.