top
LDU-da yeni tələbə yataqxanası növbəti tədris ilində hazır olacaq
29 iyul 2023, 02:14
- ↺ +

LDU-da yeni tələbə yataqxanası növbəti tədris ilində hazır olacaq

Lənkəran Dövlət Universiteti (LDU) 2023/2024-cü tədris ilində oğlan tələbələri üçün müasir tələblərə cavab verən yeni 250 yerlik yataqxana binasını hazır edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində verir.

Yeni yataqxana binası universitetin 2 saylı korpusunda inşa olunub və burada oğlan tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Otaqlarda zəruri məişət avadanlıqları və fasiləsiz internet mövcuddur. Yataqxanada idman, kitabxana və oxu zalı, informatika otağı və eləcə də istirahət guşəsi tələbələrin ixtiyarında olacaq.Yataqxana binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri qurulub, internet və telefon xətləri çəkilib. 5 mərtəbə, 100 otaqdan ibarət olan tələbə yataqxanasında otaqlar 2 və 3 nəfərlik nəzərdə tutulub və çarpayı, soyuducu, sanitar qovşağı, fasiləsiz su, mətbəx ləvazimatları ilə təchiz edilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov oğlanlar üçün nəzərdə tutulmuş yeni tələbə yataqxanasını LDU-nun 30 illik tarixinin ürəkaçan nailiyyətlərindən biri kimi dəyərləndirərək gələcəkdə bu işin davamlı aparılacağını, tələbələrin sayı artdıqca yeni yataqxana binalarının, kampusların inşa olunacağını bildirib.

Hal-hazırda LDU-da ölkənin bütün regionlarından 5400 tələbə təhsil alır və daha 2000 nəfərin yeni tədris ilində bu ali təhsil ocağına qəbulu gözlənilir.

Xatırladaq ki, LDU-da 2019-cu ildə qızlar üçün 160 yerlik tələbə yataqxanası tikilərək istifadəyə verilmişdi.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Dünən, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
01 oktyabr 2026, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
01 oktyabr 2026, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
01 oktyabr 2026, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
01 oktyabr 2026, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
01 oktyabr 2026, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
01 oktyabr 2026, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
01 oktyabr 2026, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Oxşar xəbərlər