Lənkəran Dövlət Universitetində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 mart tarixində verir.
Tədbirdə LDU-da çalışan xanımlara minnətdarlıq bildirilib, xoş bayram arzuları çatdırılıb.
Sonra universitet rəhbərliyi tərəfindən universitetin və kollecin ictimai həyatında fəal iştirak edən qadın əməkdaşlara və tələbələrə təşəkkürnamələr və qızılgüllər təqdim olunub.
Sonda 8 Mart – Qadınlar Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş edilib.