Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad və Lerik rayonlarında ekoloji və ağacəkmə aksiyaları təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 aprel tarixində verir.
Aksiyalar zamanı ərazilərdə təmizlik işləri aparılıb, ağaclar əhənglənib və yeni ağaclar əkilib. Aksiyalarda idarənin əməkdaşları, region gəncləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.