Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Masallı rayonuna səfər edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində verir.
Səfər çərçivəsində o, Masallı Olimpiya-İdman Kompleksində, Masallı Regional Boks və Taekvondo Mərkəzlərində, "Viləş" minifutbol meydançasında, Boradigah İdman Zalında, “Masallı Gənclər Evi” SXM-dəki şəraitlə tanış olub, Gənclər və İdman Nazirliyinin yaradılmasının ildönümü ilə bağlı gəncləri və idmançıları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb və onların istək və təkliflərini dinləyib.
Görüşlərdə LARGİİ-nin idman sektorunun əməkdaşı Yusif Xamiyev, LARGİİ-nin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov, “Masallı Gənclər Evi” SXM-in direktoru Fuad Mənsimov iştirak ediblər.