İkinci Qarabağ müharibəsinin iştirakçısı Xəlilov Elgün Xəyal oğlu göldə boğulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 avqust tarixində Modern.az-a istinadən verir.
Hadisə Rusiyanın Moskva şəhərində, Kuzminka rayonunda yerləşən göldə baş verib. Elgün göldə boğularaq vəfat edib.
Qeyd edək ki, 22 yaşlı Elgün Lənkəran rayonunun Xolmili kəndindədir. O, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmasına görə təltif edilib.