Lənkəran şəhər 8 nömrəli tam orta məktəbinin şagirdləri “Kod saatı: rəqəmsal gələcəyə addım – 2023” müsabiqəsində iştirak ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində verir.
Yarışmanın nəticələrinə görə, məktəbin şagirdləri Elgün Oruclu 2-ci yerə, Aysel Əbülfətova isə 3-cü yerə layiq görülüblər.
Müsabiqədə 28.000-dən artıq şagird iştirak edib, 132 nəfər şagird isə finala vəsiqə qazanıb.