Lənkəranlı məktəbli Şirinli Məlahət Rafiq qızı orta təhsilini Amerikada davam etdirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 mart tarixində verir.
Ümumi orta təhsilini Lənkəran rayonunun Tütəpeştə kəndində fərqlənmə attestatı ilə başa vuran məzun FLEX proqramının 2024-cü il üçün qalibi olub.
Qeyd edək ki, Məlahət Şirinli məktəbimizin ibtidai sinif müəllimi Cəmalə Şiriyevanın qızıdır. Onun ingilis dili müəllimi Gülnar Salayeva olub.
Xatırladaq ki, FLEX ( gələcəyin liderləri mübadiləsi) proqramı Amerikada bir illik təqaüdlə təhsil imkanı qazandıran bir proqramdır.
[caption id="attachment_55369" align="alignnone" width="336"]
Foto Lənkəran rayonu Ə.Nəsirov-adına-Tütəpeştə-kənd ümumi orta məktəb[/caption]