Lənkəranlı idmançı Rahilə Hüseynzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ağır atletika üzrə Avropa birinciliyində çıxış edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində verir.
Yarışda 34 ölkədən yaşı 20 və 23-ə qədər olan 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulubar.
Komandanın üzvü Rahilə Hüseynzadə bu gün körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlər arasında 87 kq çəki dərəcəsində çıxış edib və toplam 192 kq (84+108) nəticə göstərərək yekun sıralamada 7-ci yeri tutub.
Qeyd edək ki, Avropa birinciliyi 26 iyul - 3 avqust tarixində keçirilir.