Lənkəran rayonunun Şovu kəndində yerləşən dirəklər qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində verir.
Belə ki, Şovu kənd bələdiyyəsinin arxasındakı ərazidə yerləşən rabitə dirəkləri artıq aşmaq üzrədir. Sakinlər bildirirlər ki, dirəklərin təmiri xeyli müddətdir bilinməyən səbəblərdən yubanır:
“Əraziyə aidiyyəti qurumlar baxış keçirib. Sakinlərə bildirilib ki, dirəklər yaxın zamanda təmir olunacaq. Lakin buna baxmayaraq, təmir işləri görülməyib”.
Qeyd edək ki, Cenublu.az daha öncə də bu problemlə bağlı paylaşım edib.