Lənkəran rayonunun Şovu kəndində iki qəzalı dirək yerləşir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində verir.
Belə ki, Şovu kənd bələdiyyəsinin arxasındakı ərazidə yerləşən iki rabitə dirəyi artıq aşmaq üzrədir. Sakinlər bildirirlər ki, onlar uşaqlarını həyətə gəzməyə buraxmaqdan ehtiyat edirlər.
“Dirəklər hər an aşa bilər. Onlardan biri aşmasın deyə, alça ağacına bağlanıb. Lakin ağac da artıq çürüyüb. Xahiş edirik aidiyyəti qurumlardan, dirəkləri təmir etsinlər”, - deyə sakinlər bildiriblər.