Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsi baxımsız vəziyyətdədir. Bununla bağlı sakinlər bu gün, 17 avqust tarixində Cenublu.az-a müraciət ediblər.
Müəllimlərin korporativ binası kimi tanınan Zərifə Əliyeva küçəsi, 75, bina 1 və 2-də yaşayan sakinlər bildirirlər ki, məhəllədə zibil qutuları olmadığından bu hal mütəmadi olaraq təkrarlanır:
“Ərazini daima süpürən biri yoxdur. Yayda zibil əlindən buradan keçmək olmur. Şəhərin mərkəzidir. Zibil qutuları olmadığı üçün kim hara gəldi zibili atır və nəticədə xoşagəlməz görüntü yaranır və ətrafı pis qoxu bürüyür. Uşaqlarımız məhəllədə oynaya bilmirlər. Xahiş edirik aidiyyəti qurumlardan, problemlərimizə nəzər salsınlar”.
[URIS id=43219]