Lənkəran şəhəri, Mirzə Ələkbər Sabir küçəsində xəndəklər tutulub. Bununla bağlı sakinlər bu gün, 7 avqust tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, Mirzə Ələkbər Sabir və Koroğlu küçələrinin kəsişməsində yerləşən xəndəklər tullantılarla dolub.
Sakinlər bildirirlər ki, insanların və nəqliyyatın intensiv hərəkət etdiyi həmin ərazidə qoxudan dayanmaq olmur.