"Lənkəran" basketbol komandasında çıxış edən Pərviz Mirzəyev zədə səbəbindən mövsümü bitirib.
Cenublu.az xəbər verir ki, gənc basketbolçu əməliyyat olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ön çarpaz bağları qopan oyunçunun təxminən 8-9 ay sonra meydançaya qayıdacağı gözlənilir.