Lənkəran rayon MKS-nin Mamusta kənd Kitabxanasının əməkdaşları 1-ci Qarabağ müharibəsi şəhidi Asəf Rzayevin doğum günü və Ramazan bayramı ilə əlaqədar şəhidin ailəsini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 aprel tarixində verir.
Ziyarət zamanı ailə üzvləri şəhidin həyat yolundan və döyüşlərdəki şücaətlərindən danışıblar.
Asəf Zəbulla oğlu Rzayev 1974-cü il aprelin 10-da Lənkəran rayon Mamusta kəndində anadan olub. 1992-ci ilin iyun ayında Asəf hərbi xidmətə çağırılıb. O, ilk növbədə Kəlbəcər ətrafındakı döyüşlərdə iştirak edib. Daha sonra Tərtər və Ağdam istiqamətlərində olan döyüşlərdə də savaşıb. Füzuli rayonu istiqamətindəki döyüş Asəfin sonuncu və şərəfli döyüşlərindən olub.
1994-cü il yanvar ayının 28-də Vətən uğrunda şəhid olub. O, Mamusta kənd qəbiristanlığında dəfn edilib.