top
Lənkərandan dünyaya açılan yol: Şəbnəm Abdullazadəni tanıyaq
08 mart 2024, 00:08
- ↺ +

Lənkərandan dünyaya açılan yol: Şəbnəm Abdullazadəni tanıyaq

Bu gün, 8 mart tarixində Cenublu.az öz oxucularına əslən Lənkərandan olan kamança ustası, vokal ifaçısı, Azərbaycan muğam, xalq və klassik musiqisini dünyada təbliğ edən Şəbnəm Abdullazadə haqda məlumat verir.

Şəbnəm Abdullazadə Lənkəran şəhərində anadan olub. 6-cı sinfə qədər Lənkəran şəhər 6 saylı tam orta məktəbində, həmçinin C.Cabbarlı adına 1 saylı musiqi məktəbinin 5-ci sinfinə qədər təhsil alıb. 1998-ci ildə təhsilini davam etdirmək üçün ailəsi ilə birgə Bakı şəhərinə köçür. Orada Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olunur. 2003-cü ildə Azərbaycan Milli Konservatoriyasının Musiqi tarixi və nəzəriyyəsi fakültəsinin Kamança ixtisasına qəbul olub.

Elə o illərdə müəllimləri İsrafil İsrafilov və Yadigar Muradovun dəvəti ilə Şuşa Dövlət Musiqili Komediya Teatrının solisti olur. 2004-cü ildə Vaqif İbrahimoğlunun dəvəti ilə müqaviləli YUĞ Dövlət teatrının solisti və aktrisası olaraq çalışıb. 2014-cü ildən Drezden Simfonik Orkestrindən dəvət alıb. Hazırda oranın solistidir.

2015-ci ildə Norveç musiqiçilər birliyinin dəvəti ilə Norveç musiqiçilər birliyinə üzv qəbul olunub. 2015-ci ildən Norveçdə yaşayır. Hər il ənənəvi keçirilən Kirsten Flaqstat Muzeyinin dəvəti ilə Kirsten Flaqstat festivalında çıxışlar edir. Ənənəvi keçirilən “Hamar Medieval”, “Hamar Music” festivallarında klassik Azərbaycan musiqisini təbliğ edir.

2017-2021 ci illərdə Gürcüstanda keçirilən "One Caucasus" festivalının musiqi redaktoru, səhnə üzrə direktoru və ifaçı-solisti olub.

2021-ci ildə Qazaxıstanda keçirilən "Asia's Got Talent" müsabiqəsində Azərbaycanı təmsil edib. 5 ölkədən olan 2000 iştirakçı arasından 2-ci yerə layiq görülüb.

2023-cü ildən Norveçdən savayı, həmçinin Amerikada yaşayır.

ABŞ-nin Şimali Kaliforniya Mədəniyyət Mərkəzinin dəvəti ilə 2 fevral 2024-cü ildə Gənclər Günü münasibətilə solo konsert verib.

Şəbnəm xanım musiqi fəaliyyəti ilə yanaşı, sosial və ictimai layihələrin də rəhbəridir. O, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir. Azərbaycan mədəniyyət, bayram və matəm günlərinin keçirilməsində fəal iştirak edir.

Son xəbərlər

Kriminal
Bu gün, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Bu gün, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Bu gün, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Dünən, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Dünən, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Dünən, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Dünən, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Dünən, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
27 sentyabr 2026, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Oxşar xəbərlər