Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran şəhərində yerləşən restoranların birində nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Belə ki, Lənkəran şəhəri, Sahil küçəsində yerləşən "Dalğa" restoranında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi müəyyən olub. Sahibkara nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.