Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində qida sahəsində fəaliyyət göstərən 2 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. Bu haqda Cenublu.az bu gün, 26 iyul tarixində verir.
Belə ki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən "Hirkan Park Hotel" restoranında baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı, həmçinin Lənkəran rayonu, Daştatük kəndində "Green Forest" restoranında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.