top
Lənkəranda “Yurdumuza Novruz gəlir” adlı bayram şənliyi keçirilib
19 mart 2024, 06:36
- ↺ +

Lənkəranda “Yurdumuza Novruz gəlir” adlı bayram şənliyi keçirilib

Lənkəranda şəhid ailələri və Vətən müharibəsi əlilləri üçün “Yurdumuza Novruz gəlir” adlı bayram şənliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 mart tarixində verir.

Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək Novruz bayramının xalqımızın həyatındakı yerindən danışıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

İcra başçısı bu il keçirilən Novruzun tariximizdəki özünəməxsus yeri barədə danışıb. O, bu ilin Lənkəranın tarixində də əlamətdar olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət başçısının rayonumuza ilin əvvəlində tarixi səfəri, Lənkəranın “Gənclər Paytaxtı” və eləcə də “Türk Dünyasının Gənclər Paytaxtı” olması, yüzlərlə insanı işlə təmin edən dövlət və özəl müəssisələrin fəaliyyətə başlaması bütövlükdə lənkəranlılara dövlət başçısı tərəfindən verilən yüksək dəyər və qiymətin nəticəsidir.

Daha sonra icra başçısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunan rayon sakinlərinə medallarını təqdim edib.

Qeyd edək ki, Novruz bayramı münasibətilə Lənkəran ŞİH şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə maddi dəstək də göstərib.

Daha sonra Milli Qəhrəman Ələsgər Əliyevin atası Ələkbər Əliyev, şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, şəhid Röyal İbrahimovun atası Qulam İbrahimov və şəhid Taleh İsmayılovun həyat yoldaşı Gülay İsmayılova çıxış ediblər.

Sonra tədbirin bədii hissəsi başlayıb. Rayonun mədəniyyət, folklor klublarının və incəsənət işçilərinin iştirakı ilə musiqi, rəqs nömrələri təqdim edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Dünən, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Dünən, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Dünən, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Dünən, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Dünən, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
27 sentyabr 2026, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
27 sentyabr 2026, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
27 sentyabr 2026, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Oxşar xəbərlər