Lənkəran rayonunda 15 yaşlı gənc dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 dekabr tarixində Report.az-a istinadən verir.
Ötən gecə rayonun Osakücə kənd sakini, 15 yaşlı Məhəmməd Nəcəfov rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyularaq reanimasiya şöbəsinə keçirilib.
Bu gün gənc vəfat edib. Onun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə göndərilib.
Araşdırma aparılır.