Lənkəran rayonunun Təngivan kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 dekabr tarixində Report.az-a istinadən verir.
Hadisə bir həyətdə yaşayan yaxın qohumlar arasında baş verib. Belə ki, 16 yaşlı Valeh Əliyev bibisi qızı, 20 yaşlı Sevgi Əzimovanı bıçaqlayıb. Nəticədə yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qarın divarının yarası diaqnozu qoyulub və cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.