Lənkəran rayonunda “Yay tətili” adlı layihə təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 avqust tarixində verir.
Layihə zamanı gənclər tədbirin fəxri qonağı, "Safavy" onlayn təhsil platforma startapının rəhbəri Könül Quliyeva ilə görüşərək onun tövsiyələrini dinləyib, təlimçi Tofiq Sadıqov tərəfindən keçilən fərdi inkişaf təlimində və təcrübə proqramında iştirak ediblər.
Günün sonunda könüllülər üçün musiqili-əyləncəli proqram təşkil olunub.
Qeyd edək ki, layihə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən yay fəslində könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların şəxsi inkişafına dəstək verilməsi və gənclərin birgə fəaliyyətinin təşviqi məqsədilə keçirili