Lənkəran şəhərinin Sütəmurdov kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə edilib. Alov söndürülüb.